“Silk Way Holding”in törəmə strukturunun nizamnamə kapitalı kəskin artırılıb, rəhbəri dəyişib. “Silk Way Holding”in törəmə strukturunun nizamnamə kapitalı kəskin artırılıb, rəhbəri dəyişib.

“Silk Way Connect”-in rəhbəri dəyişib - Zaur Nəsirov Emin Ələkbərzadəni əvəz edib

“Silk Way Holding”in törəmə strukturunun nizamnamə kapitalı kəskin artırılıb, rəhbəri dəyişib.

“Silk Way Holding” MMC-nin bu il aprelin 24-də təsis etdiyi “Silk Way Connect” MMC-nin nizamnamə kapitalı kəskin artırılaraq 200 manatdan 1 mln. ABŞ dollarına çatdırılıb.

AzNews.az-ın məlumatına görə, bu barədə “Report” holdinqə istinadən xəbər verir.

Məlumata görə, şirkətin rəhbəri də dəyişib. Belə ki, Emin Etibar oğlu Ələkbərzadəni Zaur İbrahim oğlu Nəsirov əvəz edib. O həm də holdinqə daxil olan “Silk Way Bank” ASC-nin Audit komitəsinin üzvü, “Silk Way Insurance” ASC-nin isə Təftiş komissiyasının sədridir.

AzNews.az