Hərəmizə ayda 258,8 manat gəlir düşür

Bu ilin yanvar-fevral aylarında əhalinin gəlirləri 2012-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artaraq 4,8 milyard manat təşkil edib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onun hər nəfərə düşən həcmi 517,6 manat və ya ayda orta hesabla 258,8 manat olub. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin həmin dövr ərzində bahalaşmasını 3,4 faiz bəndi üstələyib, başqa sözlə hər nəfərə real gəlirlər 3,3 faiz artıb.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 4,3 milyard manat həcmində və ya əvvəlki ildəkindən 5,4 faiz çox vəsait qalıb.

AzNews.az