İlin sonuna kimi Azərbaycanda bir neçə bankın fəaliyyəti dayandırıla bilər İlin sonuna kimi Azərbaycanda bir neçə bankın fəaliyyəti dayandırıla bilər

İlin sonuna kimi bəzi banklar bağlana bilər

İlin sonuna kimi Azərbaycanda bir neçə bankın fəaliyyəti dayandırıla bilər



Buna səbəb isə Mərkəzi Bankın kommersiya banklarının məcmu kapitalını 50 milyon manata çatdırılmasına dair tələbidir.
Belə ki, Mərkəzi Bankın verdiyi möhlətin başa çatmasına 8 aydan da az vaxt qalıb ki, bu müddət ərzində bəzi bankların minimim nizamlama kapitalını 5 dəfə artıracağı inandırıcı görünmür.

İqtisadçi Vüqar Bayramovun sözlərinə görə, təxminən 3 bankın minimum nizamlama kapitalı 10 milyon manatdan azdır: "Bir bankın isə minimum nizamlama kapitalı 3.5 milyon manatdan da azdır. O baxımdan bu bankların öz nizamnamə kapitalını 50 milyon manata çatdırması praktiki olaraq mümkün deyil".

Qısa müddət ərzində bir neçə bankın öz fəaliyyətini dayandırmasının bankçılıq sektoruna ciddi fəsadları toxuna bilər. Elə buna görə də Mərkəzi Bank kommersiya banklarına bir sıra tövsiyələr verir ki, onlar öz fəaliyyətlərini davam etdirə bilsin. İlk olaraq Mərkəzi Bank öhdəliyi yerinə yetirə bilməyən banklara birləşməyi təklif edir. Mərkəzi Bankın sədri Elman Rüstəmovun sözlərinə görə, kifayət qədər vaxt var:

"Təbii ki, biz onlarla işləyəcəyik, əgər biz onlarda müəyyən problemlər görsək, bizim təkliflərimiz var. İlkin təklifimiz konseridasiya birləşməkdir və banklar indidən bilməlidir ki, onlar bu prosesi edə biləcəklər yoxsa yox. Yoxdursa məncə indidən düşünməlidirlər ki, birləşmə prosesləri necə getməlidir". Vüqar Bayramov deyir ki, hələlik birləşməklə bağlı banklar arasında danışıqlar getmir:

"Çox təəssüf ki, Azərbaycan kommersiya bankları birləşməyə üstünlük vermir". Məcmu kapitalını tələb olunan həddə çatdıra bilməyən banklara Mərkəzi bankın digər bir tövsiyəsi isə, bank olmayan kredit təşkilatı kimi fəaliyyətini davam etdirməkdir. Elman Rüstəmov bildirir ki, bu çox yaxşı mexanizmdir, sağlam banklar əgər onların kapitalları çatmırsa, amma onların yaxşı bazar mövqeləri varsa sğlam partfelə malikdirlərsə, onlar bu yolla kifayət qədər effektiv fəaliyyət göstərə bilərlər.

Vüqar Bayramov bildirir ki, birləşmək istəməyən bankların məhz müflis olmaqdansa, bank olmayan kredit təşkilatı kimi fəaliyyət göstərməsi daha məqsədəuyğundur: "Bu, onlara imkan verəcək ki, onlar hüquqi subyekt kimi fəaliyyət göstərsin. Eyni zamanda onlar müflis olmayacaq. Gələcəkdə hətta bunlar müflis olsa belə, bunun bankçılıq sektoruna mənfi təsirləri olmayacaq".

Qeyd edək ki, bir sıra beynəlxalq kredit qurumlarının son tədqiqatları ölkəmizdə fəaliyyət göstərən 43 bankdan 35-nin məcmu kapitalını 50 milyon manata çatdırdığı göstərilir. Digər 8 bankın isə minimim nizamlama kapitalını 5 dəfə artıracağı mümkünsüz hesab edilir.(atvxeber.az)

AzNews.az