- Köhnə - İqtisadiyyat
- 6 May 2013 11:40
- 1 727
ÜDM-lə bağlı bədbin proqnozlar verilir
Avrozonada ən sürətli iqtisadi artım Estoniyada (müsbət 3 %), ən böyük geriləmə isə Kiprdə gözlənilir (mənfi 8,7 %). Avrozonanın ən böyük iqtisadiyyatı hesab olunan Almaniyada isə iqtisadiyyat cəmi 0,4% artacaq.
İki ildir resessiya dövrü yaşayan Avrozonada 2011-ci ildə valyuta alyansının iqtisadiyyatı 0,6% ixtisar olunmuşdu, həmin zaman "mənfidə" olan ölkələrin sayı 9 idi.
Ümumilikdə isə, Avropa İttifaqının ÜDM-i 0,1% azalacaq. Aİ-yə daxil olub, Avrozonaya üzv olmayan ölkələrdən, yalnız bir ölkədə iqtisadiyyatın azalması müşahidə olunacaq – Çexiya (mənfi 0,4 %). Latviyada ÜDM3,8%, Litvada isə 3,1% böyüyəcək.
Avro-komissiya son aylar ərzində iqtisadi artım ilə bağlı proqnozlarını bədbinləşdirmək məcburiyyətində qalıb. Belə ki, hələ fevral ayında Avro-komissiya bu artımın 0,1% olacağı ümidində idi.
Avropa Mərkəzi Bankı iqtisadiyyata dəstək göstərmək məqsədi ilə mayın 2-də valyuta alyansında uçot dərəcəsini 0,75 faiz aşağı salaraq, rekord həddə, 0,5% səviyyəsinə endirib. Eyni zamanda, AMB növbəti endirimləri də istisna etmir.
Mətanət
AzNews.az