“Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli üçün böyük imkanlar mövcuddur” “Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli üçün böyük imkanlar mövcuddur”

“Bəlkə doğrudan da heç bir sazişə ehtiyac yoxdur“

“Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli üçün böyük imkanlar mövcuddur”



APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

Onun sözlərinə görə, Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri ilə nəqlinə dair Azərbaycanla Rusiya arasında hökumətlərarası saziş mövcud olub: "Sazişə əsasən, Azərbaycan tərəfi ildə 5 mln. ton neft nəql etmək öhdəliyini üzərinə götürmüşdü. Təəssüf ki, obyektiv səbəblər üzündən Azərbaycan öhdəliyini yerinə yetirə bilmədi. Nəticədə neft kəməri tam gücü ilə işləmədi, biz isə iqtisadi itkilərə məruz qaldıq. Bu səbəbdən saziş qüvvədən salındı. Bu, sazişdə nəzərdə tutulmuşdu və biz heç nəyi pozmadan qanunvericiliyə əsasən hərəkət etdik".

Səfir qeyd edib ki, bu sazişi əvəz edəcək sənədlər də mövcuddur: "Bunun üçün tərəflər danışıqlar masasına oturmalı, ARDNŞ və "Transneft" bu məsələni müzakirə etməlidir. Bəlkə doğrudan da heç bir sazişə ehtiyac yoxdur və tərəflər ildə bir dəfə nəql olunacaq neftin həcmini və qiymətini müəyyənləşdirəcəklər. Ona görə də bu məsələnin həlli yollarının tapılması ilə bağlı imkanlar genişdir".

AzNews.az