Azərbaycan ilk süni peykindən nə qədər gəlir götürüb?

"Azərbaycan telekomunikasıya peyki göydədir. Ondan artıq gəlir götürülüb".

Bunu rabitə və informaisya texnologiyaları naziri Əli Abbasov deyib. O bildirib ki, Şimali Afrika ölkələrinə peyk vasitəsilə xidmət göstərilir.

"Artıq 5 milyon dollar gəlir götürülüb. Bu məbləğ isə peyki hazırlayan ABŞ şirkətinin kreditinə yönləndirilib".

Nazir həmçinin bildirib ki, 2013-cü ilin sonundan etibarən Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq.

"Azərbaycanda rəqəmsal televiziya yayımına keçidlə əlaqədar işlər sürətlənib. Artıq bu ilin sonundan analoq yayım dayandırılacaq və gələn ildən tamamilə rəqəmsal yayıma keçiləcək".//modern//

AzNews.az