21:42
(077) 610-22-33

Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti 1 milyon manatı ötdü

  • >
604 1 Avqust 2012 10:40 | İqtisadiyyat


Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna yığılan vəsaitin həcmi son bir ayda 1 207 125 manat artıb. Bu barədə AzNews.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Avqustun 1-nə Fondun Azərbaycan valyutası ilə açılmış hesabındakı vəsait 29 278 873 manat təşkil edib və artım manat hesabında olub. Fondun ABŞ dolları və Avro hesabındakı vəsait isə dəyişməz (199 791 ABŞ dolları və 593 Avro) qalıb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

AzNews.az

Bağla X