Qiymətlər bahalaşıb


Bahalaşma əsasən heyvandarlıq və balıq məhsullarında müşahidə olunur
İyul ayında satılmış kənd təsərrüfatı məhsullarının istehlakçı qiymətləri əvvəlki ayla müqayisədə 0,2 faiz, bitkilərin 1,7 faiz, çoxillik bitkilərin 1,8 faiz ucuzlaşıb, diri heyvanlar və heyvandarlıq məhsullarının qiymətləri isə 1,4 faiz bahalaşıb.
AzNews.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 4,1 faiz, kartofun 1,6 faiz, xiyarın 4,3 faiz, pomidorun 2,3 faiz, badımcanın 24,3 faiz, bibərin 41,6 faiz, göy soğanın 2,1 faiz, yaşıl lobyanın istehsalçı qiymətləri 3,1 faiz ucuzlaşıb, qarpız və yemişin istehsalçı qiymətləri 13,8 faiz, baş soğanın 4,2 faiz, baş sarımsağın 3,6 faiz, yoncanın 10,5 faiz, quru otun istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşıb.
Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 1,9 faiz, çiyələyin 0,2 faiz, albalı və gilasın istehsalçı qiymətləri 5,2 faiz bahalaşıb, almanın istehsalçı qiymətləri 9,1 faiz, armudun 6,4 faiz, şaftalının 2,6 faiz, əriyin 1,3 faiz, alçanın 2,6 faiz, gavalı və göyəmin 0,8 faiz, fındığın istehsalçı qiymətləri isə 2,6 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından inəyin istehsalçı qiymətləri 1,0 faiz, inək südünün 0,1 faiz, camışın 1,4 faiz, donuz ətinin (diri çəkidə) 0,1 faiz, hind toyuğunun istehsalçı qiymətləri 1,2 faiz ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində mal, qoyun və quş ətinin (diri çəkidə) istehsalçı qiymətləri müvafiq olaraq 2,6 faiz, 0,7 faiz və 4,1 faiz, yumurtanın 10,9 faiz, təbii balın istehsalçı qiymətləri isə 0,5 faiz bahalaşıb.
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,6 faiz bahalaşma müşahidə olunub.
Mirvari Nəcəf
AzNews.az