Ölkə əhalisinin hər 1300 nəfərdən biri milyonerdi Ölkə əhalisinin hər 1300 nəfərdən biri milyonerdi

Çində milyonerlərin sayı milyonu keçdi

Ölkə əhalisinin hər 1300 nəfərdən biri milyonerdi

Şanxaya məxsus məlumat araşdırma mərkəzi "Harun"nun yayımladığı açıqlamaya görə, ölkədə sərvətinin dəyəri 10 milyon yuanı (təxminən 1,6 milyon dollar) keçən imkanlıların sayı ilk dəfə olaraq bir milyonu keçib. AzNews.az-ın Türkiyənin dha.com.tr saytına istinadən verdiyi məlumata görə, imkanlı şəxslərin yaşadığı şəhərlərin içərisində ilk sırada paytaxt Pekin gəlir. Paytaxt, 179 min milyonerə ev sahibliyi edir. Ölkənin ticarət mərkəzi sayılan Şanxayda isə 140 min milyoner yaşayır. Iqtisadi böhrandan ən çox əziyyət çəkən Guanqzhouda isə imkanlıların sayı 55 minə çatır.

Xüsusi ilə ölkənin qərb bölgələrində yerləşən Hanqzhou, Huzhou, Venzhou, Nanjing və Suzhou kimi şəhərələr minlərlə milyonerə ev sahibliyi edir. Çin milyonerlərinin ən çox pul tökdüyü sahələr daşınmaz əmlak və avtomabil, maraq göstərdikləri ən çox idamn növləri isə qolf və üzgüçülük olub

Bahadur Qobustan

Aznews.az