21:54
(077) 610-22-33

Əhalinin gəliri artıb- Statistika

  • >
352 14 Noyabr 2013 10:39 | İqtisadiyyat

Bu ilin 10 ayı ərzində əhalinin gəliri artıb.

AzNews.az-a Dövlət Statistika Komitəsindən daxil olan məlumata görə, 2013-cü ilin yanvar-oktyabr aylarında əhalinin gəliri haqqında hesabat bunu deməyə əsas verib.

Həmin rəqəmlərə əsasən, əhalinin hər nəfərinə düşən gəlirlər keçən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artaraq 3130,1 manat və ya orta hesabla ayda 313,0 manat təşkil edib.

Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilən 29,1 milyard manatlıq gəlirin 68,0 faizi son istehlak xərclərinə, 9,0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,7 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 21,3 faizi isə yığıma yönəldilib.

Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 26,5 milyard manat həcmində və ya əvvəlki ildəkindən 7,6 faiz çox vəsait qalıb.

AzNews.az
Bağla X