Bank İranın çirkli pullarını yuyurmuş Bank İranın çirkli pullarını yuyurmuş

Britaniya bankı barədə şok iddia

Bank İranın çirkli pullarını yuyurmuş


ABŞ Britaniya bankı "Standard Chartered"-i İranla əlaqədə və 250 milyard çirkli pulu yumaqda ittiham edir. AzNews.az iran.ru saytına istinadən xəbər verir ki, ittihamı Nyu York ştatının maliyə xidməti departamenti irəli sürüb. Adı çəkilən departamentin araşdırmalardan sonra məlum olub ki, son 10 ildə Britaniya bankı 250 milyard dollar çirkli vəsaiti yuyub.
Hansı ki, həmin vəsaitlər İran hökumətinə və ya onun nəzarətində olan biznes strukturlarına məxsus olub. 27 səhifəlik hesabatda bank rəhbərliyinin yazışmalarına qədər əks olunub.
Nyu York Maliyə departamenti hesab edir ki, çirkli pulların yuyulması işinə bankın ABŞ nümayəndəliyi də cəlb olunub.
Hesabatda bankın adı çəkilməyən rəhbərlərindən biri bildirib ki, onlar istənilən ölkə ilə maliyə və biznes əlaqələri qura bilərlər və bunun üçün Amerkadan icazə almaq məcburiyyətində deyillər. Rəsmi şəkildə isə adı çəkilən bank faktların yetərsiz bəzən də təhrif olunduğunu qeyd edib. Qeyd edək ki, rəsmi Vaşinqton artıq bankın Amerikadakı fəaliyyətinə qadağa qoya biləcəyini bəyan edib.

Sadiq
AzNews.az