13:01
(077) 610-22-33

İctimai nəqliyyatda gediş haqları artırıla bilər

  • >
676 18 Noyabr 2013 10:44 | İqtisadiyyat

Azərbaycan Nəqliyyat Nazirliyinə sahibkarlar tərəfindən ictimai nəqliyyatda gediş haqlarının artırılması təklifi ilə məktublar daxil olur.

Bu barədə "APA-Economics"ə Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov məlumat verib:

"Nazirlik də məsələ ilə bağlı Tarif Şurasına bir dəfə müraciət edib. Lakin bu qurum təklifimizi məqbul hesab etməyib. Bununla əlaqədar biz ikinci dəfə gediş haqlarının artırılması ilə bağlı təklif irəli sürməmişik".

N. Həsənov bildirib ki, sahibkarlar Nəqliyyat Nazirliyinə istismar məsrəflərinin artdığını bildirirlər və bununla əlaqədar gediş haqlarının da artırılması təklif olunur:

"Onlar həqiqətən də qiymətlərin qalxmasını istəyirlər. Son zamanlar bu məsələ ilə bağlı söz-söhbətlər də gəzir. Hətta maliyyə naziri də çıxışlarının birində bu haqda qeyd edib. Ümumiyyətlə, qiymətlərin qalxması üçün müəyyən əsaslar var. Ancaq bununla bağlı qərar vermək səlahiyyəti Tarif Şurasına aiddir".

AzNews.az
Bağla X