Abbasa Arakçi: “Onlar bizi çıxılmaz vəziyyətdə qoyacaqlarını sanırdılar amma biz cıxış yolu tapdıq” Abbasa Arakçi: “Onlar bizi çıxılmaz vəziyyətdə qoyacaqlarını sanırdılar amma biz cıxış yolu tapdıq”

İran Avro-dan imtina edir

Abbasa Arakçi: “Onlar bizi çıxılmaz vəziyyətdə qoyacaqlarını sanırdılar amma biz cıxış yolu tapdıq”


İran xarici ticarətdə avrodan imtina etməyə hazlırlaşır. Bu barədə məlumatı İran xarici işlər nazirinin Asiya məsələləri üzrə müavini Abbasa Arakçi verib. O, həmçinin bildirib ki, İran öz maliyyə təhlükəsizliyini qorumaq iqtidarındadır və bu istiqamətdə lazımi addımları atacaq. " ABŞ və Avropa ölkəmizə qarşı sanksiyalar tətbiq etməklə bizi çıxılmaz vəziyyətdə qoyacaqlarını sanırdılar amma biz cıxış yolu tapdıq". AzNews.az saytı İRNA xəbər agentliyinə istinadən xəbər verir ki, artıq İran bu istiqamətdə xarici ticarət partnyorları ilə danışıqlara da başlayıb.

Qeyd edək ki, 2011- ci ildən İran neftin dollarla satışından imtina edib indisə Avrodan imtinanı planlaşdırır. İran vəziyyətdən çıxış yolu da tapıb. Artıq bir ildir ki, İran neft ixrac etdiyi cənub şərqi asia ölkələrindən dollar əvəzinə həmin ölkələrin yerli valyutasını və ya İran rialı qəbul edir.


Sadiq

AzNews.az