20:40
(077) 610-22-33

BTC kəməri ilə bu il daha çox neft nəql olunub

  • >
270 6 Dekabr 2013 18:20 | İqtisadiyyat

Noyabr ayında Bakı-Tiblisi-Ceyhan kəməri ilə 2,3 milyon ton Azərbaycan nefti nəql olunub ki bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,9% çoxdur.

AzNews.az-ın Dövlət Neft Şirkətinin saytına istinadən verdiyi məlumata görə, ümumilikdə bu ilin yanvar-noyabr aylarında bu kəmərlə 27 milyon 267 min 792 ton neft ötürülüb. Kəmər istifadəyə verilən gündən 2013-cü il dekabr ayının 1-ə qədər isə BTC-yə 232 milyon 719 min 606 ton neft vurulub.

Bundan başqa, bu ilin noyabr ayında BTC kəməri ilə 185 min 540 ton Türkmənistan nefti, 243 min 683 ton isə Qazaxıstan nefti nəql olunub.


AzNews.az
Bağla X