Fetrofild SKS şirkəti Şirazda inşa olunacaq neftayırma zavodunu maliyyələşdirməkdən imtina etdi Fetrofild SKS şirkəti Şirazda inşa olunacaq neftayırma zavodunu maliyyələşdirməkdən imtina etdi

Malayziya şirkəti geri çəkildi

Fetrofild SKS şirkəti Şirazda inşa olunacaq neftayırma zavodunu maliyyələşdirməkdən imtina etdi


Malayziyanın Fetrofild SKS şirkəti İranın Şiraz şəhərində inşa olunacaq neftayırma zavodunu maliyyələşdirməkdən imtina edib. APA-nın "Mehr" xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın neft nazirinin müavini Əlirza Zeyğəmi bildirib. Onun sözlərinə görə, Malayziya şirkəti İranla müqaviləni birtərəfli qaydada ləğv edib: "Bu səbəbdən İran da zavodun inşasını yerli şirkətə verib. Bununla da İranın ilk milli neftayırma zavodu Şiraz şəhərində yerli mütəxəssislər tərəfindən tikiləcək".

Qeyd edək ki, layihənin dəyərinin 1 milyard 300 milyon dollar olduğu bildirilir.


AzNews.az