19:19
(077) 610-22-33

Hüquq sistemi beynəlxalq standartlara uyğunlaşıb

  • >
461 11 Avqust 2012 13:44 | İqtisadiyyat


Milli Məclisin "Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hakim Yeni Azərbaycan Partiyasinən saytına verdiyi açıqlamada bildirib ki, Azərbaycanın hüquq sistemi beynəlxalq və Avropa standartlarına tam uyğunlaşdırılıb. Azərbaycanda sosial-iqtisadi islahatlarla yanaşı hüquqi islahatların da uğurla davam etdirildiyini vurgulayan Ə.Hüseyinli ölkəmizin beynəlxalq aləmdə mühüm yer tutduğunu qeyd edib.
"Məhz bunun nəticəsində Azərbaycan Avropa qurumlarında öz layiqli yerini tutub. Ümumiyyətlə, Azərbaycanda formalaşdırılan hüquqi baza, Avropa qanunvericiliyinə və Avropa insan haqları konvensiyasına tam cavab verir"- deyə komitə sədri vurğulayıb.


Gültən

AzNews.az

Bağla X