22:14
(077) 610-22-33

Yükdaşımaların tarifləri artıb- 2,1 faiz

  • >
243 13 Dekabr 2013 10:52 | İqtisadiyyat

2013-cü ilin noyabrında Azərbaycanın nəqliyyat sektorunda yükdaşımaların tarifləri oktyabra nisbətdə 2,1 faiz artıb.

AzNews.az-ın məlumatına görə, bu barədə cümə günü Azərbaycan Dövlət Statistika Komitəsinin saytında bildirilib.

Göstərilən dövrdə sərnişin daşımalarının tarifləri 0,1 faiz azalıb.
Noyabrda ölkə daxilində dəmiryol nəqliyyatı ilə MDB ölkələrinə sərnişinlərin daşınması üzrə tariflər 6,2 faiz azalıb.

Ölkəyə gətirilən yüklərin və tranzit yüklərin tarifləri müvafiq olaraq 4,2 və 1 faiz azalıb.

MDB ölkələrinə hava nəqliyyatı ilə sərnişin daşımalarının tarifləri 1 faiz azalıb, digər ölkələrə isə 1,3 faiz artıb. Həmçinin dəniz nəqliyyatında sərnişin daşımalarının tarifləri 1,5 faiz azalıb.
Noyabrda neft boru kəmərləri ilə nəqlin tarifləri oktyabra nisbətdə 0,4 faiz artıb.

AzNews.az
Bağla X