08:32
(077) 610-22-33

Əli Məsimli: “Bu görüşün Azərbaycan üçün uğuru böyükdür”

  • >
738 13 Avqust 2012 16:26 | İqtisadiyyat

"Belə görüşlər həm də ortaq ideyaların, layihələrin reallaşdırılmasını sürətləndirir". Bu sözləri AzNews.az-a Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin görüşünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra türk dövlətlərinin dostluq, qardaşlıq və zirvə toplantılarını keçirməsi göstərir ki, xalqlar arasında mehribanlıq qalmaqdadır: "Bu yaxınlaşma nəticəsində siyasi, iqtisadi, mədəni, hümanitar və s. əlaqələr daha da genişlənib.

Belə görüşlər həm də ortaq ideyaların, layihələrin reallaşdırılmasını sürətləndirir. Azərbaycan bu sahədə ən çox təşəbbüslə çıxış edən iki ölkədən biridir. Belə görüşlər Azərbaycan üçün də, digər türksoylu ölkələr üçün də hər baxımdan sərfəli və perspektivlidir".

Bildirək ki, sabah Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 2-ci görüşü keçiriləcək. Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunan ölkələrin - Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iqtisadiyyat nazirləri, eləcə də dövlət və özəl sektoru təmsil edən nümayəndələr iştirak edəcəklər.

Tədbir çərçivəsində mövcud əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.Görüşün sonunda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində iqtisadi əməkdaşlığın gələcək istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Bişkek Zirvə Görüşü üçün tövsiyələrin qəbul olunması gözlənilir.

İlkin
AzNews.az

Bağla X