Sabunçuda zərərli şirniyyat məhsulları sexi aşkarlandı

Azərbaycan Respublikası Dövlət Standartlaşdırma və Metereologiya Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Bünyadov küçəsi 11 ünvanında apardığı monitorinqlər zamanı fiziki şəxs Zamidi İran Hamidə məxsus qənnadı sexi aşkarlanıb.

Həmin sexə etibarnamə əsasında Bəylər Kərimov rəhbərlik edir. Sexdə AZS standartlarına uyğun olmayan, serrtifikatlaşdırılmamış, insan həyatına və sağlamlığına təhlükə yaradan qarğıdalı çubuğu, vafli, marmelad və peçenye istehsal olunduğu müəyyən edilib. Məhsulların saxlanma rejiminə əməl edilmədiyi və texnoloji loborotoriyanın olmadığı da aşkara çıxarılıb. Ona görə də həmin məhsulların satışı qadağan edilib.

Bu barədə AzNews.az-a Azərbaycan Respublikası Dövlət Standartlaşdırma və Metereologiya Komitəsi mətbuat xidmətinin rəhbəri Fazil Talıblı məlumat verıb. F. Talıblı bildirdi ki, həmin sexin sahibi və eləcə də belə hallara yol verən şəxslər AR İnzibati Xətalar Məcəlləsinin 228.03 və 228.012-ci maddələri ilə 1500 manata qədər cərimə olunur. F. Talıblı onu da qeyd etdi ki, cərimə olunmuş şəxslər qanun pozuntusuna yol verməkdə davam edərsə, cinayət məsuliyyətinə cəlb edilə bilər.

Müşfiq
AzNews.az