BTE:” Həmin paltarlarda kimyəvi maddələrdən istifadə olunub” BTE:” Həmin paltarlarda kimyəvi maddələrdən istifadə olunub”

Ölkəyə 100 min saxta məktəbli forması gətirilib

BTE:” Həmin paltarlarda kimyəvi maddələrdən istifadə olunub”



Yeni tədris ili öncəsi bazarlara Çinin Urumçi şəhərində istehsal olunan 100 min məktəbli forması gətirilib. Bu barədə məlumatı AzNews.az-a Bakı Tikiş Evi Səhmdar Cəmiyyətinin sədri Fədai Rəhimov verib.

Onun sözlərinə görə, saxta məhsullarda Bakı Tikiş Evinin emblemlərindən istifadə olunmaqla alıcılar aldadılır: "Bakının bütün yarmarkalarında bu mallar satılır. Hətta elə hallar olur ki, alıcılar başqa bazarlardan aldıqları formaları gəlib bizim mağazalarda dəyişdirmək istəyirlər. Çünki məhsulun bizdə istehsal olunduğunu düşünürlər".

Urumçi istehsalı olan məktəbli formalarının keyfiyyətinin aşağı olduğunu bildirən F.Rəhimov həmin paltarlarda kimyəvi maddələrdən istifadə olunduğunu vurğulayıb: "Biz isə istehsal etdiyimiz formalara 2 il zəmanət veririk". BTE yaranmış vəziyyətin aradan qaldırılması üçün Daxili İşlər və İqtisadi İnkişaf nazirliklərinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edib.

Kəmalə
Aznews.az