06:04
(077) 610-22-33

“Royal Bank”ın əməkdaşlarına danışmaq qadağan edilib

  • >
1 239 16 Avqust 2012 07:00 | İqtisadiyyat

Bankdan heç bir suala cavab verilmir



Məlum olduğu kimi, "Royal Bank" ASC bir müddət əvvəl Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin qərarı fəaliyətini dayandırıb. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu agent bankları vasitəsilə lisenziyası ləğv edilmiş "Royal Bank" ASC-nin əmanətlərinin geri qaytarmağa başlayıb. Bununla bağlı əmənatəçilərin narazılıqları var. Eyni zamanda, həni bankdan kredit götürən şəxslər də narahat olmağa başlayıb. Onlar bundan sonra kreditlərini hara ödəyəcəklər? Krdit müqabilində girov qoyduqları əmlaklarını girovluqdan necə azad edəcəklər?

Yəqin ki, bununla əlaqədar bütün suallarımızı daha dəqiq "Royal Bank"-ın əməkdaşları cavablaya bilərdi. Hər-halda, biz belə düşünürdük... Elə buna görə də, bankın Nərimanov filialına üz tutduq. Ancaq əvvəllər də olduğu kimi, yenə də bankın işçiləri suallarımıza cavab verməkdən boyun qaçırdılar. Nə qədər israr etsək də, heç bir məlumat ala bilmədik. Elementar suallara belə cavab verməyə çətinlik çəkirdilər. "Bəs suallarımıza hardan cavab əldə edə bilərik?"- deyə soruşduqda ancaq bankın baş idarəsinin bizə kömək edə biləcəyini bildirdilər. Lakin həmin idarənin əlaqə nömrəsini bizə verməyi də təhlükəli hesab edib, bundan da yayındılar. Bankdakı qısa dialaoqumuzdan bizə belə gəldi ki, işçilərin məlumat verməməsi barədə rəhbərlik tərəfindən qəti təlimat var. Buna görə də, necə deyərlər, onların ağzından kəlbətinlə də söz çıxarmaq olmur. Halbuki, bu, onların vəzifə borcudur. Bəs maraqlıdır, rəhbərliyi və əməkdaşları bu qədər narahat edən və qorxudan nədir?
"Royal Bank"ın baş idarəsiylə də əlaqə saxlamağa çalışdıq. Ancaq zənglərimiz cavabsız qaldı.

Nəhayət, vətəndaşları maraqlandıran məsələ ilə bağlı Mərkəzi Bankın əməkdaşlarından məlumat ala bildik. Verilən məlumata görə, "Röyal Bank"-ın lisenziya alınsa da, hələ ki, öz öhdəliklərini həyata keçirir. Kredit ödəmə proseduru da bu öhdəliklərə daxildir və ləğq edilməyib. Eyni zamanda, bank öz borclarını ödəmək üçün də tədbirləri davam etdirir. Onu da qeyd edək ki, banka kredit ödənilən zaman vətəndaşlara bu barədə qəbz verilir və buna görə də, təhlükəsiz hesab oluna bilər.

Xatırladaq ki, vətəndaşlara kompensasiya ödəmək üçün agent banklar qismində "Muğan Bank", "AGBank" və "Bank Respublika" seçilib. Mərkəzi Bankın əməkdaşlarının sözlərinə görə, digər prosedurlarla bağlı da həmin banklara müraciət oluna bilər. Həmçinin, Əmanətlərin Sığortalanması Fondundan məlumat əldə edə bilərsiniz. Digər informasiya mənbələrini də diqqətinizə çatdırırıq:

Agent banklardan məlumat almaq üçün qaynar telefon xətti:
-"933" "Muğanbank" ASC-nin qaynar xətti;
-"144" "Bank Respublika" ASC-nin qaynar xətti;
-"135" "AG Bank" ASC-nin qaynar xətti.
Əlavə məlumat üçün:
-Fondun rəsmi internet saytından www.adif.az ;
- Fondun Bakı şəhəri, Bül-Bül prospekti 40 ünvanında yerləşən ofisindən;
-"941"Fondun qaynar telofon xətti.


Sevinc Fədai
AzNews.az

Bağla X