Ötən il ARDNŞ 143 min metr quyu qazıb

2013-cü ilin dekabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 4217 metr qazma işi həyata keçirib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu sahədə görülmüş işlərin 4190 metri istismara, qalanı isə kəşfiyyata aid olub.
Ümumiyyətlə, 2013-cü ilin yanvar-dekabr aylarında ARDNŞ üzrə (müştərək müəssisələr və əməliyyat şirkətləri istisna olmaqla) 142 656 metr qazma işi görülüb ki, bunun da 135 665 metri istismara, 6991 metri kəşfiyyata aid olub.


AzNews.az