19:24
(077) 610-22-33

“Azərsu” master plan hazırlayır

  • >
511 16 Avqust 2012 07:48 | İqtisadiyyat

Yağış sularının axıdılması üçün yeni kollektor tikilir


Bakı şəhərində kanalizasiya infrastrukturunun və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Yasamal rayonu, Akim Abbasov küçəsi boyunca yağış sularının axıdılması üçün yeni kollektor tikilir. AzNews.az-a bu barədə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Yeni kollektor "+ 160 Qərb" su anbarının yaxınlığından başlayaraq, A.Abbasov və Ş.Mehdiyev küçələrinin kəsişməsinə qədər çəkiləcək və burada 700 mm diametrli mövcud yağış kollektoruna birləşdiriləcək.

Bununla da həmin ərazidəki yağış sularının kanalizasiya sularına qarışmadan birbaşa Xəzər dənizinə axıdılması mümkün olacaq. Ümumi uzunluğu 1300 metr olan kollektor 200 və 500 mm diametrli polietilen borularla çəkilir. Layihə çərçivəsində ərazidə toplanan yağış sularının axıdılması üçün yağış barmaqlıqları da quraşdırılır. Tikinti-quraşdırma işlərinin avqust ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, intensiv yağıntılar zamanı A.Abbasov küçəsində yağış sularının axıdılmasında problemlər yaranırdı. Yeni kollektor istismara verildikdən sonra belə problemlər tamamilə aradan qalxacaq.

Anar Cəbrayıllı bildirib ki, 2012-ci ilin geridə qalan dövründə "Azərsu" ASC Bakı şəhərinin 67 küçə və prospektində ümumi uzunluğu 7 km-dən artıq yağış sularının axıdılması üçün müxtəlif diametrli boru xətləri çəkib: "Buna misal olaraq Həsən Əliyev küçəsi, Akim Abbasov küçəsi, Şərifzadə küçəsi, Həsən bəy Zərdabi prospekti və digərilərini göstərmək olar. Bunlar bizə imkan verir ki, Bakı şəhərində güclü yağışlar vaxtı küçələrdə yığılıb qalmış sel sularını axıdaq və bu nəqliyyatın və piyadaların hərəkətinə mane olmasın. Eyni zamanda, biz yağış barmaqlıqlarını yenidən qurmaqla çirkab suları ilə yağış sularının ayrı-ayrı axıdılmasına nail ola bilirik. Məsələn, əgər hazırda Əziz Əliyev küçəsi və digər yerlərdə yağış suları ilə çirkab suları qarışırsa və Xəzər dənizinə birgə şəkildə axıdılırsa, gələcəkdə bunun qarşısını alacağıq. İndiyə qədər bu suları Hövsan ayırıcı stansiyasına axıdırdıqsa, gələcəkdə bunun qarşısını alacağıq.

Ümumiyyətlə, "Azərsu" Səhmdar Cəmiyyətinin sifarişi əsasında Bakı şəhərinin inkişaf perspektivi nəzərə alınmaqla 2035-ci ilə master planı hazırlanır. Həmin planda Bakı şəhərinin bütün ərazisində 24 saat fasiləsiz və keyfiyyətli su sisteminin yaradılması, həm kanalizasiya şəbəkəsinin yaradılması, həm də yağış sularının idarə olunması nəzərdə tutulub".


Müşfiq

AzNews.az


Bağla X