04:51
(077) 610-22-33

Gəmiqayırma Zavoduna 470 milyon dollar xərclənib

  • >
377 13 Yanvar 2014 08:50 | İqtisadiyyat

"Zavod ildə 100-ə qədər iş görməyi bacaracaq"




Bakı Gəmiqayırma Zavodunun inşasının I mərhələsi 470 milyon dollara başa gəlib. Bu barədə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Rövşən Nəcəf "The Business Year" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2013-cü ildə AİŞ üçün əlamətdar layihələrdən biri ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti), AİŞ və "Keppel Offshore & Marine" şirkətinin birgə müəssisəsi, 2013-cü ilin sentyabrında isə Prezident İlham Əliyev tərəfindən açılan "Bakı Gəmiqayırma Zavodu" MMC oldu:

"Zavod ixtisaslaşdırılmış və ticarət gəmilərinin geniş spektrinin, həmçinin platformaların təchizat gəmiləri kimi çoxməqsədli dəniz gəmilərinin, tankerlərin və yük gəmilərinin tikintisi üçün nəzərdə tutulub. Müəssisədə habelə gəmilərin təmiri də həyata keçirilir. "Keppel" zavodun səhmlərinin 10 faizinə sahibdir və müəssisənin istismarı və idarə olunmasına görə tam məsuliyyət daşıyır. ARDNŞ 65 faizlik payla, eləcə də müəssisənin səhmlərinin dörddə birinə sahib olan AİŞ iri sərmayəçilərdir. Zavod tam gücü ilə işləməyə başladıqdan sonra təmir və yenidənqurma üzrə ildə 100-ə qədər iş görməyi bacaracaq".

R.Nəcəfin sözlərinə görə, layihənin ikinci mərhələsi üzrə planlara tərsanənin tikintisi, eləcə də şelf layihələri üçün istehsal xəttinin tikintisi daxildir: "Yüksək ixtisaslı insan resursları, dünya təcrübəsi, həmçinin yaxşı strukturlaşdırılmış investisiyalar sayəsində zavod yaxın gələcəkdə gəmi inşaatında dünyada tanınmış qabaqcıl mərkəz olacaq. Müəssisə yalnız Azərbaycanın daxili tələbatını deyil, həmçinin Xəzər hövzəsi ölkələrinin tələbatını təmin edəcək".

AzNews.az
Bağla X