Elektron ticarət dövriyyəsi 1,6 dəfə artıb


Ölkədə 2013-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2012-ci ilə nisbətən 1,6 dəfə artaraq 2,6 milyon manat təşkil edib.

Azərbaycan Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 82,6 faizini hüquqi, 17,4 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 89,7 faizini qeyri-ərzaq malları təşkil edib.

Elnur
AzNews.az