03:41
(077) 610-22-33

Rusiya İrana külli miqdarda cərimə ödəyəcək

  • >
623 16 Avqust 2012 14:14 | İqtisadiyyat

Rusiya İranın bu ölkəyə qarşı şikayətini geri götürməyəcəyi təqdirdə nüvə proqramı ilə bağlı rəsmi Tehranın mövqelərini dəstəkləməkdən imtina edəcəyini bəyan edib. İki ölkə arasında konflikt S300 havadan müdafiə raketlərin alınması ilə bağlı müqavilənin pozulmasından sonra yaranıb. İrana qarşı BMT-nin sanksiyalarından sonra Rusiya tərəfi S300 raketlərini İrana verməkdən imtina edib. İran isə öz növbəsində Rusiyanı müqavilə şərtlərinə əməl etməməkdə ittiham edərək beynəlxalq məhkəməyə müraciət edib.

Məhkəmə İranın lehinə çıxardığı qərara əsasən, Rusiya tərəfi İrana külli miqdarda cərimə ödəməlidir. Rusiya cəriməni ödəməkdən imtina edərək İran rəsmilərindən şikayəti geri götürməyi tələb edir. Məsələ İran parlamentində müzakirə olunub və millət vəkilləri Rusiyanın tələbini qeyri - mümkün hesab ediblər.

İran Xarici İşlər Nazirliyinin sözcüsü Ramin Mehmanpərəst isə bildirib ki, məsələnin mətbuatda şişirdilməsi düzgün deyil. O, İran və Rusiya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək müqaviləyə əməl edilməsinin vacibliyini açıqlayıb:"Bir sıra ölkələr İran və Rusiya münasibətlərini pisləşdirməyə çalışırlar, lakin bizim müqavilələrimiz çoxdur və biz onların icrasının tərəfdarıyıq".

Alpər

AzNews.az
Bağla X