Yararsız mallar bazardan çıxardılıb

İstelaka yararsız məhsulların satışı doğurdan da böyük təhlükə yaradır. Belə məhsulların aşkar edilərək bazardan çıxarılması vacibdir. Buna görə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti növbəti monitorinqlər keçirib.

AzNews.az-a verilən məlumata görə, monitorinqlər zamanı Bakının Nizami, Xəzər, Nərimanov rayonlarında, eləcə də Ağcabədi, Sumqayıt, Sabirabad, Şəmkir, Masallı, Xaçmaz, Goranboy, Ağstafa, Mingəçevirdə saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, habelə satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki,ümumilikdə, monitorinqlər zamanı 630 kiloqramdan çox yararsız ərzaq malları aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq ediləcək.

Bahadur Eyuboğlu
AzNews.az