Nüsrət İbrahimov: “Buna əsas görmürəm” Nüsrət İbrahimov: “Buna əsas görmürəm”

“Smart-kart” sahibləri nə istəyir?

Nüsrət İbrahimov: “Buna əsas görmürəm”


Azəriqaz İstehsalat Birliyi son vaxtlar Bakı şəhərində "Smart-kart" tipli sayğacların quraşdırılmasını genişləndirir. Artıq 400 min nəfərə yaxın abonentin mənzillərində "Smart-kart" tipli sayğac quraşdırılıb. Sayğacların yenilənməsi kirayə verilən mənzillərin qiymətinə də təsir göstərməyə başlayıb.

Aparılan müşahidələr göstərir ki, mənzil sahibləri "Smart-kart" tipli sayğacların quraşdırılmasından narahatlıq keçirərək, kirayə qiymətlərini artırmaq barədə düşünürlər. Xüsusilə də bir neçə mənzilin ümumi qaz xəttindən və bir sayğacdan istifadə etməsi qeyri-mümkün olacaq. Daha doğrusu, kirayə verilən mənzillərin qaz sayğacından yayınması halları aradan qalxacaq. Ona görə də mənzil sahibləri kirayə haqlarını artırmağı çıxış yolu hesab edirlər.

Ekspertlər isə bahalaşmaya əsas görmürlər. "NBA Konsaltinq" şirkətinin rəhbəri Nüsrət İbrahimov Az.news.az-a açıqlamasında bildirdi ki, "Smart-kart" tipli sayğacların quraşdırılması mənzili kirayə verənin işini daha da asanlaşdırır: "Kirayə verənlə kirayə götürən təhvil-təslim aktı yazılır. Sayğacın balansında olan məbləğ də həmin aktda göstərilir. Kirayə gətürən də sayğacı özü işlədir, vaxtı çatanda yükləyir və köçüb gedəndə də təhvil verir. Dövlətin boynunda da balans qalmır. Bu baxımdan "Smart-kart" mənzili kirayə verənə sərf edir. "Smart-kart" evi bir-iki aylığına tutan dələduzların işinə yaramır".

Müşfiq
AzNews.az