Azərbaycandakı qiymət artımı Türkiyəni qarışdırdı


Azərbaycanda kartofun qiymətini bahalaşması qonşu Türkiyədə bu məhsulun qiymətində artıma səbəb olub.


Belə ki, kartofun daxili bazara çıxarılmayaraq daha çox Azərbaycan kimi qiymət artımı baş verdiyi ölkələrə ixrac edilməsi daxildə kəskin qiymət artımına səbəb olub.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kartofun satılmayaraq daha da bahalaşacağı ümidi ilə anbarda saxlanması Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyini hərəkətə gətirib. Nazirlik əməkdaşları kartof saxlanan anbarlarda yoxlamalara başlayıb.

Bu isə istehsalçıları malı anbarda saxlamayaraq satmağa vadar edib. Çünki anbarlardakı malın satılmayacağı təqdirdə ölkəyə xaricdən kartof gətirilməsi məsələsi gündəmə gəlib ki, bu da yerli istehsalçıları tədbir görməyə vadar edib. Beləliklə topdansatış məntəqələrində ötən həftə kilosu 2,7 lirədən satılan kartof yanvarın 17-də 2.1 lirəyə satılıb.

Bir neçə gün əvvəl isə pərakəndə satış bazarlarında kartofun kiloqramı 3.5 liəyə qədərə yüksəlmişdi. Nazirlik əməkdaşları bir neçə bölgədə apardıqları yoxlamalarda anbarlarda 700 min ton kartof olduğu bəlli olub. Nevşehir Kənd Təsərrüfatı Odası Başqanı Mustafa Ekizin sözlərinə görə, nazirlik əməkdaşları anbardakı kartofun satışa çıxarılması üçün istehsalçılara heç bir təzyiq göstərməyib:

"Ancaq biz onların davranışından öz payımızı aldıq. Əlimizdəki məhsul mart ayına qədər kifayət edəcək. İstehsalçıları xəbərdar etdik ki, əgər məhsulu anbardan çıxarmasalar, ölkəyə kartof idxal edilə bilər. Buna görə də qiymətlərin ucuzlaşması qorxusu ilə istehsalçılar malları satmağa başladılar. Buna görə də anbarlardan satılan kartofun qiyməti ucuzlaşdı".

Elnarə
AzNews.az