13:55
(077) 610-22-33

Diqqət! Bakıda qəbir yerlərinin qiyməti açıqlandı

  • >
1 459 17 Avqust 2012 13:37 | İqtisadiyyat

Sabir Həsənov: “Qəbir yerlərinin baha qiymətə satılması ilə şikayətlər daxil olur”


"Bakının bütün qəbiristanlıqlarında qəbir yerlərinin qiyməti eynidir. Bütün qəbiristanlıq müdirlərinə təlimat göndərilib və həmin təlimata əməl olunmalıdır". Bunu AzNews.az-a açıqlamasında Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov deyib. Beləliklə Bakınını 28 qəbristanlığında qəbir yerlərinin qiyməti aşağıdaki kimidir:


2,4 x 1,4 x 1,4 = 49 manat


Eyni ölçüdə qəbrin qazılması, mişar daşları ilə tikilməsi , dəfn olunma (materialların qiyməti istisna olmaqla) 63 manat


2,6 x 1,2 x 1,6 = 79 manat


Bura tabutla dəfn olunma, əhəng daşı ilə qəbrin tikilməsi, dəfn, torpaqlama (materialların qiyməti istisna olmaqla) daxildir.


S.Həsənov bildirib ki, bəzi hallarda qəbir yerlərinin baha qiymətə satılması ilə bağlı təmsil etdiyi quruma şikayətlər daxil olur: "Araşdırma zamanı məlum olur ki, bunu edən bizim əməkdaşlar yox, dəllallardır. Onlar kimlərəsə qəbir yeri təklif edib insanların pis günündən yararlanmağa çalışırlar". ƏVXT əməkdaşı Bakının mərkəzindəki qəbiristanlıqlar istisna olmaqla digər qəbiristanlıqlarda yer olduğunu bildirb.

Qeyd edək ki, Bakıda Binəqədi, Hövsan, Bilgəh, Pirşagı, Bilgəh və s. daxil olmaqla ümumilikdə 28 qəbirstanlıq var.


Kəmalə

AzNews.az

Bağla X