Cənubi Koreya İslam respublikasından sutkada 200 min barel neft idxal edəcək Cənubi Koreya İslam respublikasından sutkada 200 min barel neft idxal edəcək

Irandan neft alışı bərpa olundu

Cənubi Koreya İslam respublikasından sutkada 200 min barel neft idxal edəcək



Cənubi Koreya İrandan neft alışını bərpa etmək niyyətindədir. AzNews.az Iran mətbuatına istinadən xəbər verir ki, neft alışı Sentyabr ayından bərpa olunacaq.

Ilkin məlumata görə, Cənubi Koreya İslam respublikasından sutkada 200 min barel neft idxal edəcək. Neftin nəqli isə əvvəlki kimi tankerlər vasitəsiylə həyata keçiriləcək. Razılaşmaya görə neft daşıyan tankerlər İrana məxsus olmalıdır. Eyni zamanda nəql olunan neftin sığortası da İranın üzərinə düşəcək.

Qeyd edək ki, İran əvvəlki dövrlə nisbətdə indi neftini daha ağır şərtlərlə satır və bütün riskləri öz üzərinə götürür. Koreya kimi dövlətlər isə, riskləri İranın üzərinə qoymaqla sanksiyalardan yayına biləcəklərini zənn edirlər.


Sadiq

AzNews.az