Azərbaycan da ÜTT- ilə müzakirələrə başlayır

Azərbaycanla Ümumdünya Ticarət Təşkilat ilə həm iki tərəfli, həm də beynəlxalq qurumlar çərçivəsində növbəti müzakirələrə başlayacaq. Bu barədə Xarici İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, hazırda Azərbaycanla ÜTT arasında danışıqlar bir neçə mərhələdə aparılır.

Azərbaycanın ÜTT-yə üzv olması üçün 12 ölkə ilə danışıqlar aparılır. Bildirilib ki, ABŞ, İsveçrə, Norveç, Yaponiya, eləcə də Avropa İttifaqı ölkələri ilə aparılan danışıqlar çərçivəsində Azərbaycana yeni təkliflər verilir.

XİN-nin məlumatlnda Azərbaycan hökumətinin öz maraqlarından çıxış edərək təşkilata üzv ölkələrin təcrübəsini araşdırdığı qeyd edilib. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, paralel şəkildə BMT-nin Ticarət və İnkişaf konfransı ilə də məsləhətləşmələr davam edir.

Quruma üzv ölkələrin ekspertləri ilə ayrı-ayrılıqda görüşlər keçirilir və nəticələr təhlil olunur. Eyni zamanda, Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatına daxil olmaq planları çərçivəsində öz qanunvericiliyini təkmilləşdirir. Son vaxtlar ölkədə bununla bağlı 20-dək qanun və normativ akt qəbul edilib.

Xatırladaq ki, ÜTT yanında Azərbaycan üzrə işçi qrup 1997-ci il iyulun 16-da yaradılıb. 1997-ci ildən Azərbaycan Ümumdünya Ticarət Təşkilatında müşahidəçi qismində təmsil olunur.

Gültən
AzNews.az