00:30
(077) 610-22-33

"Əli Məsimli: “Azərbaycanla Qazaxıstanın ticarət əlaqələri potensial imkanlardan xeyli geri qalır”

  • >
567 25 Avqust 2012 08:12 | İqtisadiyyat

Qazaxıstan arasında yeni müstəqil dövlətlər səviyyəsində münasibətlərin yaranmasından 20 il keçir. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ildən yaradılıb. Bu əlaqələr bundan sonra da inkişaf edəcək". Bu sözləri AzNews.az-a İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli Azərbaycan-Qazaxıstan hökumətlərarası birgə komissiyasının sentyabrın 12-13-də keçiriləcək iclasına münasibət bildirərkən deyib. O, bildirib ki, hələ 90-cı illərin əvvəllərində iki ölkə arasında bir çox iqtisadi müqavilələr bağlanıb. Azərbaycanın 2004-cü ildə Qazaxıstan Respublikasında səfirliyi fəaliyyətə başlayıb.

Dövlət başçıları və digər səviyyələrdəki rəsmi səfərlər və görüşlər Azərbaycanla Qazaxıstan arasında münasibətlərin inkişafına təkan verir və müsbət təsir göstərir. Tarixən möhkəm dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olmuş xalqlarımızın yekdil iradəsi ilə bu münasibətlər daim inkişaf etməkdə və zənginləşməkdədir. 2001-2011-ci illər arasında Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyyəsi 2,6 dəfə artaraq, 276 milyon dollara, o cümlədən idxal 2,2 dəfə artaraq 217 milyon dollara, ixrac 8,8 dəfə artaraq 58 milyon dollara çatıb. Bununla belə Azərbaycanla Qazaxıstan arasında ticarət əlaqələri potensial imkanlardan xeyli geri qalır.

Belə ki, son 10 ildə bu iki ölkə arasındakı xarici ticarət əlaqələri davamlı olaraq genişlənsə də, Azərbaycanın xarici ticarət dövriyyəsində Qazaxıstanın payı cəmi 0,8 faiz, idxalda 2,2 faiz, ixracda isə 0,2 faiz təşkil edir. Bu rəqəmlər göstərir ki, Azərbaycanla Qazaxıstan arasında ticarət əlaqələri potensialından hərtərəfli istifadə edilməsinə ehtiyac var.

Qazaxıstanla Azərbaycan arasında iqtisadi əlaqələrin miqyasını genişləndirməkdən ötrü Azərbaycan-Qazaxıstan hökumətlərarası birgə komissiyanın fəaliyyətinin də səmərəliliyinin artırılmasına ehtiyac duyulur. Sentyabrın 12-13-də Azərbaycan-Qazaxıstan hökumətlərarası birgə komissiyanın iclasında bu istiqamətdə sanballı addımların atılması məqsədəuyğun olardı".

Millət vəkili qeyd edib ki, Azərbaycanla Qazaxıstan həm də neft hasilatı, neft və qaz emalı, həm də kənd təsərrüfatı məsələsində əməkdaşlıq edə bilər: "Azərbaycan Qazaxıstanın nefti və digər məhsulları üçün ən mühüm nəqliyyat arteriyalarından birinə çevrilir. Türkiyə, Gürcüstan və Azərbaycandan Xəzər dənizinə yeni dəmir yolu tikintisi və Qafqaz yüklərinin Qazaxıstandan keçməklə Çinə və əks istiqamətdə daşınması imkanı çox böyük perspektivə malik layihələrdəndir. Ümumiyyətlə, Qazaxıstan türksoylu dövlətlərin əməkdaşlığının genişlənməsi və dərinləşməsi işində Azərbaycan və Türkiyə ilə birgə fikirdə, sözdə və işdə mühüm işlər görür və bu istiqamətdə də əlaqələrin səmərəliliyinin artırılmasına ehtiyac var".

İlkin
AzNews.az
Bağla X