17:15
(077) 610-22-33

Rayonlara gediş haqqı artırıldı – Bayrama getmək zülmü

  • >
1 466 19 Mart 2014 10:11 | İqtisadiyyat

"Bölgələrə gediş haqqını artırmağa məcburuq"

Bayram günlərində bölgələrə gedən taksi və avtobuslarda gediş haqqında artım müşahidə olunur. AzNews.az-ın məlumatına görə, buna səbəb isə bayramla əlaqədar bölgələrə getmək istəyən sərnişinlərin sayının artması və ən əsası isə bunun müqabilində xəttə əlavə avtobusların buraxılmamasıdır. Sərnişinlərlə söhbət zamanı onlar bildiriblər ki, həmişə olduğu kimi bu dəfə də bayram günlərində bölgələrə getmək üçün avtobus tapmaq işi çətinləşib: "Məcburiyyət qarşısında qalaraq, saatlarla avtobus gözləyirik. Yaxud da taksi ilə mənzil başına gedirik".

Müşahidələrimiz zamanı bəlli oldu ki, cənub bölgəsinə - Bakıdan Lənkərana taksi ilə getmək üçün sərnişinlər adi günlərdə 10 manat ödədikləri halda, bayram günlərində həmin yolu 15-20 manata qət etmək məcburiyyətində qalırlar. Qiymət artımını əsaslandırmağa çalışan sürücülər isə deyiblər ki, hazırda Bakıdan bölgələrə daha çox sərnişin gedir. Rayondan paytaxt istiqamətinə isə sərnişin tapmaq mümkün deyil. Bu səbəbdən də Bakıdan bölgələrə gediş haqqını artırmağa məcburdurlar.

AzNews.az qiymət artımı ilə bağlı Bakı Beynəlxalq Avtovağzalının növbə rəisi Məhəmməd Abdullayevlə danışıb. O, açıqlamasında bildirib ki, bu barədə heç nə deyə bilməz: "Bununla bağlı Nəqliyyat Nazirliyi ilə əlaqə saxlayın".

Amid
AzNews.az
Bağla X