09:01
(077) 610-22-33

Azərbaycanda benzinin qiyməti düşüb

  • >
2 701 2 Aprel 2014 08:24 | İqtisadiyyat

Azərbaycanda yanacaqdoldurma məntəqələrində (YDM) Aİ-98 markalı benzinin qiyməti 1,5 manatdan 1,03 manatadək azalıb. Bu barədə çərşənbə günü Trend-ə ölkədə ən iri YDM operatorları olan ARDNŞ və "Azpetrol" şirkətlərindən bildirilib.

Digər benzin markalarının qiymətləri dəyişməz qalır.
Qeyd edək ki, AI-98 markalı benzin Azərbaycanda istehsal olunmur, xaricdən idxal edilir.

Xatırladaq ki, Azərbaycanda istehsal olunan neft məhsullarının qiymətləri Tarif Şurası tərəfindən müəyyən edilir. Tarif Şurasının qərarı ilə 2013-cü il dekabrın 3-dən benzinin pərakəndə qiyməti artıb.

Hazırda Aİ-95 benzininin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti isə 1 litr üçün 70 qəpik müəyyən edilib.

Buna qədər isə 1 litr Aİ-95 markalı benzinin qiyməti 60 qəpik, Aİ-92 markalı benzininin qiyməti isə 55 qəpik təşkil edirdi.

Azərbaycanda buna qədər yanacağın qiymətləri 2007-ci ildə dəyişmişdi.

AzNews.az
Bağla X