06:00
(077) 610-22-33

Orduya toplanan vəsait 908 min manat artıb

  • >
781 2 Aprel 2014 08:50 | İqtisadiyyat

Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna toplanan yığılan vəsait mart ayı ərzində təxminən 908 min manata yaxın artıb. Bu barədə AzNews.az Müdafiə Nazirliyindən məlumat verilib.

Aprelin 1-i tarixinə Fondun bank hesabına toplanmış vəsait 53 248 284 manat, 211 791 ABŞ dolları və 593 avro təşkil edib.

Qeyd edək ki, martın 1-i tarixinə fondun bank hesabına toplanmış vəsait 52 340 724 manat, 211 791 ABŞ dolları və 593 avro təşkil etmişdi.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb. Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

AzNews.az
Bağla X