06:42
(077) 610-22-33

Ermənistanda ərzaq bahalaşır

  • >
629 29 Avqust 2012 12:34 | İqtisadiyyat

Sentyabrın ortalarından başlayaraq Ermənistanda ərzaq məhsulları kəskin bahalaşacaq. Bu barədə məlumatı "Ayaçk" qəzeti yayıb. Qəzetin yazdığına görə, parlament seçkilərinə qədər hökumət bahalaşmanın qarşısını almaq üçün zəruri tədbirlər görüb. Ancaq sentyabrın ortalarından etibarən qiymət artımına müdaxilə mümkün olmayacaq.

Buna görə də ölkədə tərəvəz istisna olmaqla bütün ərzaq məhsullarının qiyməti qalxacaq. "Kənd Təsərrüfatı Nazirliyi paytaxtda bazarlar açır ki, tərəvəzin bahalaşmadığını göstərsin. Əslində isə bu əhalinin diqqətini yayındırmaq üçündür. Kütləvi bahalaşma olanda kim tərəvəzin ucuzlaşmasına sevinəcək?" deyə qəzet vurğulayıb.

E.Əlosmanqızı
AzNews.az
Bağla X