21:30
(077) 610-22-33

Banklar lombardların qəniminə çevrilib – Araşdırma

  • >
1 702 29 Avqust 2012 12:56 | İqtisadiyyat

Azad Əliyev: “Lombardlar manapoliya yaratmaq istəyirlər, lakin bankların fəaliyyəti buna imkan vermir”



Banklarda qızılın girov qoyulması müqabilində kreditlərin verilməsi lombardları çətin vəziyyətə salıb. Belə ki, banklar və bank olmayan kredit təşkilatları qızıl, zinət əşyalarının girov qoyulması müqabilində müştərilərinə sərfəli şərtlərlə kreditlər təklif edir. Bu zaman kredit məbləği əsasən 1000-5000 manat arasında dəyişir.

İlkin olaraq girov qoyulan qızılın 90 faizi həcmində kredit təklif olunur ki, ikinci dəfədən etibarən girovun 100 faizi həcmində kredit verilməsi müştərilərin sayını artırır. Lombardların bu sahədə tədricən banklara uduzmasında kredit faizlərinin həcmi də mühüm yer tutur. Əgər lombardlar ssudani əsasən aylıq 6 -10 faiz müqabilində verirlərsə, banklarda və bank olmayan kredit təşkilatlarında bu rəqəm 1,5 - 3 faiz həcmində dəyişir. Digər mühüm amil girovun qiymətləndirilməsi ilə bağlıdır. Lombardlar girov götürülən qızılı bazar qiymətlərindən çox aşagı qiymətləndirdikləri halda, banklarda bu qiymət nisbətən yuxarı olur. Bütün bunlar müştərilərin lombard ssudalarını bank kreditləri ilə əvəzləməsinə səbəb olur.

AzNews.az-ın lombardlarda apardığı müşahidələr göstərib ki, bankların fəaliyyəti bu müəssisələrin müştərilərinin sayının azalmasına səbəb olub. Gələcəkdə digər bankların da qizil girovu müqabilində kredit verəcəyi isə narahatlıqları daha da artırır. Lombardlar qızılın banklara nisbətən aşagı qiymətləndirilməsini özlərini sıgortalamaq məqsədi daşıdığını bildirir: "750 əyar qızılın lombard 28 dollara götürür. Bu əyarda qızılın lom kimi satışı isə 37 dollaradır.

Lombardlar özlərini müştərinin aldığı ssudanı ödəməmək kimi bir problemdən sığortalamaq üçün qızılı aşağı qiymətlərlə götürməli olur. Hələlik belə işləməyə çalışırıq, amma müştərilərin sayı azalıb. Daha çox kiçik məbləğdə ssuda gətürmək istəyənlərin sayı dəyişməyib. Bizim üçün böyük məbləğ hesab olunan 4-5 min matan ssuda götürmək istəyənlər banklara üz tuturlar. Bizim də gəlirimiz azalır. Hələlik məcbur qalıb işçilərin sayını azaldırıq, əgər belə davam etsə lombardlara ümumiyyətlə ehtiyac qalmayacaq".

Sosial İqtisadi Araşdırmalar Mərkəzinin sədri Azad Əliyevin fikrincə, lombardlar manapoliya yaratmaq istəyirlər, lakin bankların fəaliyyəti buna imkan vermir: "Bazar iqtisadiyyatının öz rəqabət qanunları var. Banklar indiki halda bazarda rəqabətə daha artıq davam gətirirlər. Lombardlar isə monopoliya yaratmaq istəyir. Rəqabət artdığı təqdirdə vəziyyət müştərilərin xeyrinə olacaq. Lombardlar ya faiz dərəcələrini aşağı salıb rəqabətə uyğunlaşmalı, ya da bağlanmalıdırlar. İndiki halda lombardların faiz dərəcəsi çoxdur, etibarlılıq isə bankların xeyrinə dəyişir. Lombard sahiblərinin girov qoyulan zinət əşyalarının götürüb qaçması kimi hallar olub"

E.Əlosmanqızı
AzNews.az
Bağla X