İsveçrə banklarında necə hesab açmaq olar?

İsveçrə banklarının faiz dərəcələri adətən elə də böyük deyil, amma minimal tələblər, əksinə olduqca yüksəkdir. İsveçrənin ən iri və ən etibarlı bankları isə "Credit Suisse" Group və UBS hesab olunur. Hər iki bankda hesab açmağın dəyəri təqribən 1000 avroya bərabərdir.

Bundan əlavə hər iki bankda azaldıla bilməyən minimal qalıq məbləği ilə bağlı tələblər mövcuddur: Credit Suisse bankında bu rəqəm 500 min dollar, yaxın iki il ərzində mütləq artım perspektivi 1 milyon dollar, UBS bankda isə 300 min dollardır. Əmanət hesabları ilə bağlı faiz dərəcələri adətən illik 3%-i üstələmir.

İsveçrə bankında hesab açmaq üçün heç də İsveçrəyə getmək lazım gəlmir. Bank sənədlərinə imza ataraq, onları elə yaşadığınız ölkədə təhvil verə bilərsiniz. Müqavilənin imzalanmasından bir həftə sonra hesab artıq açıq olacaq. Hesabı, həm telefon, həm faks, həm də internet vasitəsi ilə idarə etmək mümkündür.

Bahadur Eyuboğlu
AzNews.az