16,50 manat ödə, qaban ovuna get!

Sentyabrın 10 - dan ölkə ərazisində qaban (çöl donuzu) ovuna start veriləcək. Bu barədə məlumatı AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə verib.

Direktor müavini bildirib ki, sentyabrın 10-dan dekabrın 24-dək davam edəcək mövsümdə Lənkəran, Astara, Lerik, Qax, Cəlilabad, Zaqatala, İmişli, Quba, Xaçmaz, Neftçala, Yardımlı, Şəki, İsmayıllı rayonlarında qaban ovuna icazə veriləcək.

Ov icazəsi Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrindən alınmalıdır. Birdəfəlik ov icazəsinin qiyməti qaban üçün 16,50 manatdır. Çaqqal və yenotun sayının tənzimlənməsi məqsədilə ilə onların ilboyu ovlanmasına icazə verilir.

E.Əlosmanqızı
AzNews.az