08:41
(077) 610-22-33

Çörəyin bahalaşmasına İqtisadi İnkişaf Nazirliyi aydınlıq gətirdi

  • >
640 4 Sentyabr 2012 15:53 | İqtisadiyyat

Bu gün AzNews.az-da yayımlanan "İqtisadi İnkişaf Nazirliyi çörəyin qiymətini bilmir" araşdırma yazısına sözügedən Nazirliyin mətbuat xidməti tərəfindən reaksiya verilib. Belə ki, məsələ ilə bağlı İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev yazıda gedən fikirlərə aydınlıq gətirib. A.Əliyev unun qiymətinin bahalaşdığı halda çörəyin qiymətinin necə sabit saxlanılmasına dair sualı cavablandırıb".

Abbas Əliyevin sözlərinə görə, ümumilikdə, Azərbaycanda çörək istehsalı tam olaraq liberallaşdırılıb. Bu sahədə azad rəqabət mühiti tam formalaşıb: "Çörək istehsalı müəssisələri rentabellə işləyirlər. Bundan başqa, çörək istehsalı daim diqqət göstərilən sahələrdəndir. Son illər ərzində bu sahədə ən müasir texnologiyalara əsaslanan müəssisələrin yaradılmasına 31 milyon manatdan çox güzəştli kredit verilib. Bu kreditlər hesabına paytaxtda və Azərbaycanın regionlarında 6 müasir texnologiyaya əsaslanan çörək istehsalı müəssisəsi istifadəyə verilib. Daha 8 müəssisənin yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulub.

O bildirib ki, yeni müəssisələrin istifadəyə verilməsi, şübhəsiz ki, həm elektrik enerjisinə qənaət etməyə imkan verir, həm də çörəyin maya dəyərinin aşağı düşməsinə şərait yaradır: "Bir daha qyed edirəm ki, apardığımız monitorinqlərdə də çörəyin qiymətində hər hansı artım qeydə alınmayıb".

Sevinc Fədai
AzNews.az
Bağla X