6 min donuz qapalı şəraitdə saxlanılır 6 min donuz qapalı şəraitdə saxlanılır

Azərbaycan yenidən azad ölkələr siyahısına salındı

6 min donuz qapalı şəraitdə saxlanılır



Ölkəmizdə "donuz qripi"nin yayılma ehtimalı olmasa da Azərbaycanın müxtəlif rayonlarındakı donuzçuluq təsərrüfatlarında heyvanların qapalı şəraitdə saxlanılması ilə bağlı qadağa tətbiq olunur.

Bu barədə məlumatı AzNews.az-a Respublika Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli verib. Mətbuat katibinin sözlərinə görə, 2008-ci ildə Qəbələnin Nic kəndindəki donuzçuluq təsərrüfatında heyvanlar arasında "Afrika taunu"nun müşahidə edilməsindən sonra keçən 3 il ərzində virus yenidən təkrarlanmayıb. Buna görə də, Beynəlxalq Epizootik Büro Azərbaycanı yenidən azad ölkələr siyahısına daxil edib.

Ancaq buna baxmayaraq qonşu Gürcüstan da daxil olmaqla dünyanın bir sıra ölkələrində "Afrika taunu" hələ də müşahidə olunduğundan donuzçuluq təsərrüfatlarına heyvanların qapalı şəraitdə saxlanması tapşırığı verilib: "Ölkəmizdəki donuzçuluq təsərrüfatlarında 6 min baş donuz saxlanılır. Bu təsərrüfatlar əsasən Şəki, Qax, Qəbələ, Balakən rayonlarında yerləşır. Donuz əti isə daha çox kolbasa və sosioska istehsalında istifadə olunur".

Azərbaycanda "donuz qripi" təhlükəsi olmadıını vurğulayan Y.Xanvəli "Afrika taunu"na qarşı ehtiyac olacağı təqdırdə ev və çöl donuzları arasında mayinələrin aparılacağını qeyd edib.

E.Əlosmanqızı
AzNews.az