Rabitə Nazirliyi daha bir şirkətə lisenziya verdi

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi üzrə Azərbaycanın "Ultra Computers" şirkətinə lisenziya verilib. Lisenziya 5 il müddətində qüvvədə olacaq.

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, lisenziya üzrə fəaliyyət Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Fərdi məlumatların mühafizəsinə dair Tələblər" əsasında həyata keçirilir.

Qeyd edək ki, "Fərdi məlumatların mühafizəsinə dair Tələblər" "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli Fərmanına əsasən hazırlanır. Tələblər fərdi məlumatların mülkiyyətçisi və ya operatoru tərəfindən fərdi məlumatların toplanılması, işlənilməsi, yayılması və verilməsi zamanı həmin məlumatların və müvafiq informasiya sistemlərinin mühafizəsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.

Ədil
AzNews.az