Vəzifəli şəxslər öz maliyyə mənbələrini açıqlayacaq

Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində tədbirlərin tərkib hissəsi kimi vəzifəli şəxslər öz maliyyə vəziyyəti barədə bəyannamələr verməli olacaq. APA-nın məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nda maraqlar toqquşmasının qarşısının alınması üçün yeniliklərdə nəzərdə tutulur.

Bu addımlardan biri vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyannamənin elektron formada təqdim edilməsi olacaq. Sənədə əsasən, Nazirlər Kabineti, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya bununla bağlı təklifləri 2013-cü il ərzində hazırlamalıdırlar.

AzNews.az