Ermənistanda çörəyin qiyməti durmadan bahalaşır

Ermənistanda un məmulatlarının qiyməti yenə də artmaqdadır. AzNews.az-ın "Novosti Armeniya"ya istinadən verdiyi xəbərə görə, Ermənistan Milli Statistika Xidmətinin qiymət statistikası və beynəlxalq müqayisələr bölməsinin rəisi Qurgen Martirosyan İrəvanda keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.

Bölmə rəisinin sözlərinə əsasən, cari ilin iyul ayı ilə müqayisədə avqustda 1,3% artıb. O bildirib ki, çörək-bulka məmulatlarının bahalaşması yüksək keyfiyyətli unun qiymətinin bahalaşması ilə bağlıdır. Qeyd edək ki, göstəricilərə əsasən, bu ilin yanvar-avqust aylarında qiymətlər 0,2-3,6% artıb, 8 ay ərzində bu bazarda inflyasiya 15,3% təşkil edib. Birinci növ unun qiymətində isə 7,8% inflyasiya qeydə alınıb.

Sevinc
AzNews.az