Bakı metrosunda lift, kondisioner və daha nələr-nələr... Bakı metrosunda lift, kondisioner və daha nələr-nələr...

Tağı Əhmədov əhaliyə sürprizlər hazırlayır

Bakı metrosunda lift, kondisioner və daha nələr-nələr...



AzNews.az-ın verdiyi məlumata görə, Bakı Metropoliteninin yeni stansiyalarında eskalatorlarla yanaşı, liftlər də fəaliyyət göstərəcək. Bunu Bakı Metropolitenin sədr müavini Arif Rəsulov Bakıda keçirilən "Şəhər tunel və yeraltı infrastrukturlar" adlı beynəlxalq konqres-sərgisində çıxış edərkən açıqlayıb. Sədr müavini bildirib ki, yeni xətlərdə 7 vaqonlu qatarlar hərəkət edəcək. Həmçinin, stansiyalarda şüşədən hazırlanmış təhlükəsizlik qapıları quraşdırılacaq. Bu, sərnişinlərin qatarların hərəkət etdiyi tunelə daxil olmasının qarşısını almaq üçündür.

Qeyd edək ki, yeni stansiyalarda kondisioner sistemi də qurulacaq. A. Rasilovun sözlərinə əsasən, eskalatorlardan əlavə, liftlər və travalatorlar da qurulacaq: "Xüsusilə fiziki cəhətdən qüsurlu olan şəxslərə metrodan istifadədə rahat şərait yaradılacaq".

Sevinc
AzNews.az