17:13
(077) 610-22-33

Bakının 76%-də metro fəaliyyət göstərəcək

  • >
487 10 Sentyabr 2012 12:52 | İqtisadiyyat

Azərbaycan paytaxtının 76%-i metro ilə təmin olunacaq. Belə ki, Bakı Metropoliteninin inkişaf planı tam reallaşandan sonra paytaxtın 98,6 kv. kilometri metro ilə təmin olunacaq ki, bu da Böyük Bakının 76%-ni təşkil edir.

AzNews.az-ın verdiyi məlumata görə, bunu Bakı Metropolitenin sədr müavini Arif Rəsulov Bakıda keçirilən "Şəhər tunel və yeraltı infrastrukturlar" adlı beynəlxalq konqres-sərgisində çıxış edərkən bildirib. A.Rəsulov qeyd edib ki, uzunmüddətli konseptual inkişaf sxeminə uyğun olaraq metronun iki mövcud xətti genişləndiriləcək: "3 əlavə yeni xətt çəkiləcək, yeni 84,3 km metro xətti və 53 yeni stansiya tikiləcək. Yeni stansiyalar şəhərin mövcud yeraltı keçid şəbəkəsi ilə, şəhər sərnişin nəqliyyatının digər növləri ilə, eləcə də inşa ediləcək avtodayanacaqlar və ticarət mərkəzləri ilə birləşdiriləcək".

Sədr müavinı vurğulayıb ki, metronun inkişaf sxeminə əsasən, Bakının mərkəzi hissələri metro ilə tam əhatə olunacaq və əhalinin daha sıx məskunlaşdığı ətraf ərazilərə də metro xətləri çəkiləcək: "Bakının sərnişindaşımasında metronun alternativi yoxdur: "Paytaxt üzrə sərnişindaşımanın 30%-i metronun payına düşür. Metro ilə ildə 200 mln, gündə 500 min sərnişin daşınır. Bu sahədə rekord 2011-ci ilin mayında vurulub – gündə 770 nəfər".

Sevinc
AzNews.az
Bağla X