ARDNŞ 2014-cü ilin iyulunda həyata keçirilmiş qazma işlərinin həcmini açıqladı

2014-cü ilin iyul ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 8993 metr qazma işi həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.

Ümumiyyətlə, 2014-cü ilin yanvar-iyul aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 81123 metr qazma işi görülüb ki, bunun da 79495 metri istismara, 1628 metri isə kəşfiyyata aid olub.

AzNews.az