07:57
(077) 610-22-33

“Hər şey müvafiq qurumların gözü önündə baş verib” - Turandan cavab

  • >
4 736 5 Avqust 2014 11:05 | İqtisadiyyat

Adı "Sevil" MMC tikinti şirkəti ilə bağlı qalmaqalda hallanan tanınmış teleaparıcı Turan İbrahimov AzNews.az-ın suallarını cavablandırılıb.

-Turan bəy, mətbuat yazır ki, "Sevil" MMC-nin reklamını aparıcısı olduğunuz ATV telekanalına siz təqdim etmisiniz. Məhz buna görə hazırda yüzlərlə müştəri israrla telekanala zəng edib teleşirkətə etiraz edirlər...

-Əvvəla mən hazırda Bakıda deyiləm və haqqımda yazılanlardan xəbərsizəm. İkincisi, televiziya aparıcısıyam və televiziyada hər hansı şirkəti, məhsulu, kompaniyanı reklam etmək mənim vəzifə borcumdur. İndiyə kimi onlarla cürbəcür şirkətləri, brendləri və onların kampaniyalarını aparmışam. Bizim işimiz bundan ibarətdir. Reklam olunan həmin şirkətlərin sənədləri var, rəsmi fəaliyyət göstəriblər. Həmin şirkətlərin fəaliyyəti üçün aidiyyəti qurumlar qanunvericilik çərçivəsində onlara icazə verib. Bizə qədər olan etaplar var. Biz bu etapları nəzərə alaraq, həmin reklamları efirə vermişik. Sırf "Sevil" massivinə gəlincə, mən televiziyaçılıqdan əlavə həm də reklam mütəxəssisiyəm. Müxtəlif şirkətlərin PR işlərini qururam və onların reklam işlərini görürəm. Onlardan biri də "Sevil" massividir. PR-nı apardığım onlarla şirkət kimi onlar da mənə müraciət ediblər. Bu şirkətin qeydiyyatdan keçib-keçmədiyini, aidiyyəti qurumlardan fəaliyyətinə icazə olub-olmadığını araşdırdıqdan sonra 6 aylıq PR kampaniyası qurmuşam, insanlarla onların arasında vasitəçi olmuşam.


-Hazırda şirkətlə əməkdaşlığınız davam edir?

-Yoxlamalar başlamazdan 3 ay əvvəl bizim müqaviləmiz bitib. Müqaviləmiz bitdikdən sonra orda yoxlamalar başlayıb. Mən reklam kampaniyasını apardığım istənilən şirkətlə bağlı nə vaxtsa problem çıxa bilər. Onun bizə nə aidiyyəti var? Bizim vəzifəmiz KİV olaraq reklam qanuvericilik çərçivəsində işimizi görməkdir. Bunu o yana bu yana çəkmək, şou düzəltmək, yaxud informasiyanı idarə etmək, ya diletantlıq, ya da axmaqlıqdır. Üçüncü variant isə ondan ibarətdir ki, burda xəbislik var. Dövlət qanunlarla idarə olunur.


- Bildirilir ki, hazırda bu məslə ilə bağlı Vergilər Nazirliyi tərəfindən araşdırma aparılır. Nazirlikdən bu barədə hər hansı bildiriş almısınız?

-Mənə heç bir qurumdan rəsmi müraciət gəlməyib və gələ də bilməz. Nəyə görə gələ bilməz? Orda oturanlar da ağıllı və savadlıdırlar. Onlar bilirlər ki, bu şirkətin reklamı qanunvercilik çərçivəsində 6 ay müddətində efirdə olub. Onların hətta Metropolitendə də reklamları gedib. Belə çıxır ki, hamını çağırıb nəsə soruşmalıdırlar? Başqa tərəflər araşdırlmalıdır. 6 ay heç kim heç nə deməyib, kampaniya bitəndən 3 ay sonra bu məsələlər meydana çıxıb. Bunlar boş-boş şayiələrdir.


-Bildirdiniz ki, şirkətlə müqavilənizin vaxtı 3 ay əvvəl bitib. Bəs sonradan müqavilənin uzadılmamasının səbəbi nədir?

-Kampaniyanın müddəti bitdi. Onlar üçün qurduğum reklam strategiyası çox uğurla yekunlaşdı, istədiklərini əldə etdilər, bütün Azərbaycan tanıdı, torpaqları, binaları satıldı. Bunu hamısı da aidiyyəti qurumların gözü qarşısında baş verirdi. Bir daha deyirəm ki, bütün işlər onların qanunvericiliyin tələblərinə cavab verən sənədləri əsasında aparılıb. Ola bilər ki, hər şey qaydasına düşəndən sonra yenidən bu şirkətlə əməkdaşlıq edək.

-"Sevil" MMC-nin rəhbəri Aynur Zeynalovla şəxsi tanışlığınız olub?

-Orda mənim tanıdığım təsisçilər var idi. Bir-iki dəfə rastlaşmışıq. Amma orda ümumilikdə bu işləri görən ayrı adamlardır.

İntiqam Valehoğlu
AzNews.az



Bağla X