13:11
(077) 610-22-33

Yanacağın qiymətinin qalxması müzakirə edilmir - Rəsmi açıqlama

  • >
1 710 6 Avqust 2014 09:50 | İqtisadiyyat

Tarif Şurası Azərbaycanda "Premium Euro-95" markalı benzinin qiymətinin qalxmasına münasibət bildirib.

Tarif Şurasının mətbuat katibi Abbas Əliyev AzNews.az-a bildirib ki, ölkəyə idxal olunan benzin Şuranın tənzimlədiyi malların və xidmətlərin siyahısına daxil deyil.

O bildirib ki, Tarif Şurası yalnız ölkə daxilində istehsal olunan yanacağın qiymətlərinə nəzarəti həyata keçirir: "Ötən ilin dekabrın 2-də Tarif Şurasının iclasında bəzi neft məhsullartının satışına dair müraciətinə baxılıb və müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilmiş, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub".
A.Əliyev bildirib ki, ötən müddət ərzində benzinin qiymətində hər hansı tarif tənzimlənməsi aparılmayıb və qiymətlər əvvəlki səviyyədədir.
Şura rəsmisinin sözlərinə görə, avro standartlara cavab verən ("Premium Avro-95" və "Super Avro-98") benzinin qiyməti ilə bağlı Tarif Şurasında hər hansı müzakirə aparılmır. Bu məhsulun qiyməti bazar tərəfindən müəyyənləşir".

Qeyd edək ki, ötən gündən etibarən Azərbaycanda ölkəyə xaricdən gətirilən "Premium Euro-95" markalı benzinin qiyməti 93 qəpikdən, 4 qəpik artırılaraq 97 qəpik olub.

Amid
AzNews.az
Bağla X